Sabirabadda şəhid adı verilən küçə acınacaqlı halda
Sabirabadda 3 000-ə yaxın insanın yaşadığı şəhid Mehman Məmmədov küçəsinin sakinləri yollarının baxımsız vəziyyətdə olmasından şikayətçidirlər.
Vətəndaşlar dəfələrlə aidiyyəti üzrə müraciət etdiklərini bildirsələr də, problemə baxılmadığını iddia edirlər.
"Yollarımızın vəziyyəti pisdir, uşaqlar məktəbə gedə bilmirlər. Maşın olmasa, palçığa görə heç kim heç yerə gedə bilməz. Bura şəhid küçəsidir, amma gəlib baxan yoxdur", - sakinlərdən biri narazılığını bildirib.
Vətəndaşların şikayətinə cavab olaraq Sabirabad Rayon İcra Hakimiyyətinin Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, yaxın zamanda bütün şəhid küçələri kimi Mehman Məmmədov küçəsinə də asfalt vurularaq abadlaşdırılacaq.
Oxşar xəbərlər
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının komandaları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə h...