Sabir Əhmədov "Navai" ilə qalmaqalından danışdı: "Bizdə şou-biznes yox, "şou-bazar"dır"
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramın budəfəki qonağı müğənni Sabir Əhmədov olub.
Verilişdə müğənni "Navai" ilə qalmaqalından söz açıb.
"Onun oxuduğu mahnını ifa etmişdim. Çox gözəl alınmışdı, tələbat da gördü. Filmlərin birində ifa etdiyim versiyadan istifadə ediblər, amma bu barədə mənə məlumat verilmədi. "Navai"dən bunun səbəbini soruşanda "mahnı mənimdir, özüm bilərəm" dedi", - S.Əhmədov bildirib.
"Sənətçi psixoloji durumunu qorumaq üçün nə etməlidir?" sualını cavablandıran Sabir Əhmədov belə deyib:
"Əsl sənətçinin həyatı çox çətindir. Bizim yaşadıqlarımızı heç kim bilmir. İfaçıların əksəriyyəti çox zaman qəmgin, əsəbi olurlar. Hətta bəziləri narkotik aludəçisinə çevrilirlər. Bu da qəlblərinin qırılmasından irəli gəlir. Ona görə də əsl sənətçi tək olmalı, ürəyini heç kimə açmamalıdır".
Oxşar xəbərlər
AZAL-ın karqo gəlirləri son 4 ildə 3 dəfədən çox artıb
"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2022-2025-ci illər ərzində karqo gəlirləri 211 %, daşınan yüklərin həcmi isə 170 % artıb. BBAKU.WS xəbər verir ki, bu barəd...