Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı
Sosial 521

Mayın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

BAKU.WS Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 18-20° isti olacaq. Bakıda gecə 16-18° isti, gündüz 18-20° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək olacaq - 756 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-16° isti olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

RƏSMİ XƏBƏRDARLIQ – Sabah təhlükəli hidrometeoroloji hadisə baş verəcək

RƏSMİ XƏBƏRDARLIQ – Sabah təhlükəli hidrometeoroloji hadisə baş verəcək

17 yanvarda gözlənilən hava şəraiti açıqlanlıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə məluamt yayıb.Veril...

7441 Sosial 14:52 16 yanvar 2019

Son xəbərlər