Sabahın hava proqnozu
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Abşeron yarımadasında oktyabrın 5-də gün ərzində arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-19° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dağlıq ərzilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 14-17° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti olacaq.
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlandı
İyulun 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şərai...