Sabahın hava proqnozu
Yeniliklərdən dərhal xəbərdar olun
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 18-20, Bakıda gecə 13-15, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Noyabrın 6-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.
Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-14, gündüz 15-20, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, noyabrın 6-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Oxşar xəbərlər
Havanın temperaturu 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Oktyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, oktyabrın 20-də Bakıda və Abşeron yarım...