Sabahdan məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların elektron yerdəyişməsi başlayır

31
okt
2022
11:28
1 noyabr saat 11:00-dan etibarən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların elektron yerdəyişməsi prosesinə start veriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, uşaqların yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.
Oxşar xəbərlər
Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayıb - YENİLƏNİB
Məktəbəhazırlıq qruplarında təhsil alacaq uşaqlar üçün məktəb seçimi başlayıb. BAKU.WS xəbər verir ki, elektron qeydiyyatdan keçən valideynlərə (digər qanuni nü...
