Sabahdan Məhərrəm ayı başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimə əsasən, sabahdan - avqustun 10-dan Məhərrəm ayı başlayır.
BAKU.WS-in məlumatına görə, Aşura Məhərrəm ayının 10-cu gününə, yəni avqustun 19-na təsadüf edəcək.
Səfər ayı isə 8 sentyabrda başlayacaq, 7 oktyabrda başa çatacaq.
Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır.
Qeyd edək ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi İmam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.
Oxşar xəbərlər
“Aşura günü azyaşlıların məsciddə nə işi var?!” — Nardaranlı axund
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) verdiyi fətvaya görə, sentyabrın 20-də ölkə ərazisində Aşura günü qeyd olunacaq.Hər il olduğu kimi bu il də Nardaran kəndlə...