Sabahdan bu marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
09
iyn
2021
19:27
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 10-12-də Suraxanı rayonu, Cəlal Qurbanov və Zaur Şərifov küçələrində aparılan yenidənqurma işləri səbəbindən avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən 66 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilərək avtobusların hərəkəti birbaşa olaraq Nizami İsmayılov və Yusif Eyvazov küçələri ilə təşkil ediləcək.
Oxşar xəbərlər
Bakıda 23 marşrut xəttinin hərəkət sxemi dəyişdiriləcək - SİYAHI
Bakıda keçiriləcək “Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar mayın 31-dən başlayaraq qismən və tam bağlanacaq yollara görə 23 marşrut xəttinin hərəkət sxemi...