Sabah Yevlaxın bir hissəsində qaz kəsiləcək

Sabah Yevlaxın bir hissəsində qaz kəsiləcək
Sosial 47

Yevlax şəhərinin və rayonun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus diametri 1220 millimetr olan "Qazıməmməd-Qazax II xətti" yüksək təzyiqli magistral qaz kəməri ilə "Yevlax-1 QPS qol qaz kəməri"nin əlaqələndirilməsi məqsədilə çəkilmiş yeni yüksək təzyiqli qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi işləri aparılacaq.

Bununla bağlı sabah saat 08:00-dan etibarən işlər başa çatanadək "Yevlax" QPS-dən qidalanan "Yevlax 1-ci xətt" ölçü qovşağından qaz verilişinin dayandırılması planlaşdırılır.

Təmir işləri müddətində Yevlax şəhərinin bir hissəsi, 77 sənaye müəssisəsi, İravanlı qəsəbəsi, 210 saylı yeni yaşayış massivi, 31-ci və 32-ci məhəllə də daxil olmaqla, ümumilikdə 7 490 abonentin qaz təchizatında məhdudiyyətlər olacaq.

Qurumdan qeyd olunub ki, işlər başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Oxşar xəbərlər

Bakıda satılan ən bahalı evlər: Qiymətlər niyə kəlləçarxa çıxıb?

Bakıda satılan ən bahalı evlər: Qiymətlər niyə kəlləçarxa çıxıb?

"Bakı və Abşeronda yarım milyona qədər çıxarışsız fərdi həyət evləri var. Onların çıxarışlarının olmaması səbəbindən bu tip əmlaklar kreditli şərtlərlə satıla b...

96 Sosial 23:07 16 iyul 2025

Son xəbərlər