Sabah yağış yağacaq

Sabah yağış yağacaq
Sosial 4

Noyabrın 8-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə gündüz tədricən kəsiləcək. Mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 14-16, Bakıda gecə 9-12, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

Noyabrın 8-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-12, gündüz 14-18, dağlarda gecə 1-5, gündüz 5-9 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 8-də Abşeron yarımadasında rütubətli hava şəraiti və mülayim xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Noyabr ayının hava proqnozu açıqlanıb

Noyabr ayının hava proqnozu açıqlanıb

Noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən...

181 Sosial 17:58 30 oktyabr 2020

Son xəbərlər