Sabah yağış yağacaq? - Bazar gününün havası

Bakıda və rayonlarda dekabrın 8-də hava şəratinin bəzi yerlərdə fasilələrlə yağışlı, qısamüddətli leysan xarakterli olacağı gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 774 mm civə sütunundan 769 mm civə sütununa enəcək.
Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Oxşar xəbərlər
Bakıda falçı 74 min manatı necə alıb? - "7 yumurtaya 200 manat verdim"
Bakıda baxıcı kimi fəaliyyət göstərən 53 yaşlı qadın məhkəmə zalında həbs edilib. O, iki nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinib. Zərərç...
