Sabah rayonlarda 22 dərəcə isti olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 5-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Arabir güclənən şimal-qərb küləyi səhər mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-18° isti, Bakıda gecə 8-10° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65% olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 2-6° isti, gündüz 9-14° isti olacaq.
Oxşar xəbərlər
Mart ayına olan hava proqnozu açıqlanıb
Mart ayına olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, mart ayının ilk günlərində hava şəraitinin mülayi...