Sabah rayonlara dolu yağacaq, dağlıq ərazilərdə sulu qara keçəcək

Azərbaycanın rayonlarında iyunun 17-də yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 16-dan 17-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-21° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-9° isti, gündüz 11-16° isti olacaq.
Oxşar xəbərlər
Laçında ermənidən evinin 30 illik kirayə haqqını istədi
Laçında bir vaxtlar şəhərin ən gözəl evlərindən biri hesab olunan tikili uzun illər yad əllərdə qalıb. İndi isə əsl sahibinə qayıdıb. BAKU.WS xəbər verir ki, sö...
