Sabah güclü külək əsəcək - Hava proqnozu
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə güclü külək əsəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.
Belə ki, oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.
Bu gün və sabah Ordubad, Culfa, Lerik, Yardımlı, Goranboy, Naftalan, Tərtər, Bərdə, Siyəzən, Samux, Şabran, Gəncə, Göygöl, Yevlax, Mingəçevir, Daşkəsən, Şəki, Şahdağ, Xınalıq, Quba, Qusar, Xızı, Neftçala, Cəlilabad, Qobustanda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Oxşar xəbərlər
Bakıda bu marşrutların hərəkət sxemi müvəqqəti DƏYİŞDİRİLİB
Bakının Suraxanı rayonunun İlqar Musayev küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Bu barədə BA...