Sabah Bakının bu ərazilərində qaz olmayacaq
Sabah saat 10:00-dan Xəzər rayonunda, saat 09:30-dan Qaradağ rayonunda və saat 14:00-dan 16:00-dək isə Binəqədi rayonunda qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə BAKU.WS-ə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Mərdəkan bağlarının, Mərdəkan Yeni, Stansiya Qala yaşayış massivlərinin, Şüvəlan qəsəbəsinin 1 hissəsinin, Qaradağ rayonu üzrə Qobustan qəsəbəsinin, Binəqədi rayonu üzrə isə Binəqədi qəsəbəsinin, Binəqədi kəndinin, Mədən ərazisinin, Baksol yolunun və Binəqədi şosesinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Azərbaycanda dördgünlük tətil başlayıb
Bu gündən Azərbaycanda dördgünlük tətil başlayıb. Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl 4 gün iş olmayacaq. Bu il 8 noyabr Zəfər Günü şənbə, 9...