Sabah Bakıda 38 dərəcə isti olacaq
Avqustun 8-də Bakı və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək, şimal-şərq, şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, havanın temperaturu yarımadada gecə 22-25, gündüz 34-38, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 50-60%, gündüz 20-30% təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
BAKU.WS
Oxşar xəbərlər
Bazar gününün hava proqnozu açıqlandı
Avqustun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya...