Sabah 36° isti olacaq

Sabah 36° isti olacaq
Sosial 2

Mayın 30-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə bildirilib ki, mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31°, bəzi yerlərdə 33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 50% olacaq.

Azərbaycanın rayonlarında, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İstirahət günlərində hava necə olacaq?

İstirahət günlərində hava necə olacaq?

İstirahət günlərinin hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Samur-Yalama milli parkında havanın əsasən yağ...

584 Sosial 15:09 05 may 2023

Son xəbərlər