Sabah 19° isti olacaq - Hava proqnozu

Sabah 19° isti olacaq - Hava proqnozu
Sosial 1

Yanvarın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-12° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 8-13° isti olacaq.

Oxşar xəbərlər

Noyabr ayının hava proqnozu açıqlandı

Noyabr ayının hava proqnozu açıqlandı

Noyabr ayında gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə...

26 Sosial 16:54 31 oktyabr 2023

Son xəbərlər