Sabah 18 dərəcə isti olacaq - Hava proqnozu
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 12-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 9-14° isti olacaq.
Oxşar xəbərlər
Mart ayına olan hava proqnozu AÇIQLANDI
Mart ayına olan hava proqnozu açıqlanıb. Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətin məlumat verilib. Qeyd olunub ki, qışla yaz arasında keçid dövrü o...