Rusiyadan gələn tibb işçilərinin bir qrupu Sumqayıtda fəaliyyət göstərəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Federasiyasının Azərbaycanda olan həkimlərinin bir qrupu Sumqayıta gəlib.
BAKU.WS xəbər verir ki, rusiyalı mütəxəssislər Sumqayıtda COVID kimi fəaliyyət göstərən şəhər 1 saylı xəstəxanasına cəlb olunub. Onların arasında anestezioloq–reanimotoloq və ixtisaslaşdırılmış tibb bacıları var.
Rusiyalı həkimlər yerli həmkarları ilə birgə COVID-19-a yoluxan xəstələrin müalicəsində iştirak edirlər. Xəstəxanada fəaliyyət göstərən 10 və 15 çarpayılıq reanimasiya və intensiv terapiya şöbələri birləşdirilib.
TƏBİB xəstəxananın reanimasiya şöbəsinin müasir tibbi avadanlıqlarla təchizatını diqqətdə saxlayır.
Oxşar xəbərlər
Qadağa yoxdur: özəl klinikalar koronavirus xəstələrini müalicə edəcəkmi?
Azərbaycanda koronavirusa yoluxan xəstələrin sayı durmadan artır. İndi ölkədə 19 mindən çox insan bu virusa yoluxub, onlardan 241 nəfər dünyasını dəyişib. Hazır...