Rusiyadan ermənilərə zərbə: Qarabağa aid filmin nümayişi qadağan edildi

Rusiyadan ermənilərə zərbə: Qarabağa aid filmin nümayişi qadağan edildi
Sosial 1380

Moskva beynəlxalq kinofestivalının təşkilatçıları erməni rejissorun filmini nümayiş etdirməkdən imtina ediblər.

BAKU.WS-in məlumatına görə, Civan Avetisyanın "Cənnətin darvazası" adlı filmi Dağlıq Qarabağ münaqişəsinə həsr edilmişdi. Filmdə 1990-cı illərdə hərbi əməliyyatlar zamanı baş verənlərdən bəhs edilir.

Festivalın direktoru Kirill Razloqovun sözlərinə görə, bu addım təhlükəsizlik məqsədi ilə atılıb və filmin nümayişi Moskvada azərbaycanlılarla ermənilər arasında toqquşmalara səbəb ola bilər.

Rusiyanın bu addımı filmin rejissorunu hiddətləndirsə də, festival təşkilatçıları geri addım atmaq niyyətində deyillər. Avetisyanın sözlərinə görə, bu qərar K.Razloqovun deyil və ən yüksək səviyyədə qəbul edilib.

Məlumat üçün qeyd edək ki, Dağlıq Qarabağ haqqında filmin qadağan edilməsi haqqında məktub məhz təmas xəttində döyüş əməliyyatları başlayan gün - sentyabrın 27-də göndərilib.

Xatırladaq ki, film festivalı oktyabrın 1-dən 8-dək davam edəcək.

Oxşar xəbərlər

Etirazlara səbəb olan film - “Sahilsiz gecə” (VİDEO)

Etirazlara səbəb olan film - “Sahilsiz gecə” (VİDEO)

Sovetlər dövründə çəkilmiş və həmin dövrün çərçivələrindən, necə deyərlər, yazılmamış qanunlarından və təlimatlarından yaxşı mənada kənara çıxan, kommunist ideo...

8532 Sosial 14:00 09 sentyabr 2018

Son xəbərlər