Rusiyada koronavirusa yoluxanların sayı kəskin artdı - 48 nəfər öldü

Rusiyada koronavirusa yoluxanların sayı kəskin artdı - 48 nəfər öldü
Sosial 435

Rusiyada son sutka ərzində 6 060 nəfər koronavirusa yoluxub.

BAKU.WS-in məlumatına görə, bu barədə Koronavirusun Yayılmasına qarşı Mübarizə üzrə Operativ Qərargahdan bildirilib.

Qeyd edilir ki, 48 nəfər virusdan həyatını itirib.

Bu günə qədər Rusiyada COVID-19 infeksiyası daşıyıcılarının sayı 42 853 nəfərə çatıb.

Ümumilikdə ölkədə koronavirusdan 3 291 nəfər sağalıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər