Röya Ayxandan şəhid olan hərbçilərimizlə bağlı paylaşım - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Röya Ayxan Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatla bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi şəhid olan hərbçilərimizə görə kədərli olduğunu bildirib:
"İndi xəbər tutdum, çox ağırdır. Laçın rayonu istiqamətində gərginlik yaranıb. Hərbçilərimiz şəhid olub, yaralılarımız var. Allah əsgərlərimizə güc versin! Başın sağ olsun, Azərbaycan".
Xatırladaq ki, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.
Oxşar xəbərlər
Ermənistanın Azərbaycana qarşı törətdiyi TƏXRİBAT TÜRKİYƏ MƏTBUATINDA - FOTO
Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu...