Aygün Kazımovadan şəhid olan hərbçilərimizlə bağlı paylaşım - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Aygün Kazımova ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçuları ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi hərbçilərimizin ailələrinə başsağlığı verərək onların şəklini paylaşıb və "Allah rəhmət eləsin" sözlərini yazıb.
Xatırladaq ki, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev və Mehriban Əliyeva Bakıda yeni yaşayış kompleksinin açılışında - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üç...