Röya Ayxan “Füzuli Şəhəri Günü”ndə - FOTO

Röya Ayxan “Füzuli Şəhəri Günü”ndə - FOTO
Foto
Sosial 7

Xalq artisti Röya Ayxan “Füzuli Şəhəri Günü”ndə keçirilən konsertdə səhnəyə çıxıb.

BAKU.WS xəbər verir ki, bir sıra sənətçilərin yer aldığı mühüm tədbirdə estrada ulduzu “İrəvanda xal qalmadı” xalq mahnısını səsləndirib.

Qeyd edək ki, muğam ifaçısı Cabbar Qaryağdıoğlu bu məşhur mahnının həm sözlərinin, həm də musiqisinin müəllifidir.

Tədbirə özəl hazırlaşan sənətçini milli geyimdə rəqqaslar müşayiət edib.

Röya Ayxan səhnəyə xüsusi libasda çıxıb. Onun geyiminin müəllifi məşhur modelyer Zümrüd Mirzəliyevadır. Göy rəngli uzun libas kələğayı ilə tamamlanıb. Onun üzərində Azərbaycan bayrağının rəngləri - göy, qırmızı və yaşıl rəng əks olunub, paltar özəl olaraq Röya Ayxan üçün hazırlanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Milli Muğam Müsabiqəsi başlayıb - FOTO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Milli Muğam Müsabiqəsi başlayıb - FOTO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aprelin 24-dən növbəti Milli Muğam Müsabiqəsi başlayıb. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm...

106 Sosial 12:20 24 aprel 2023

Son xəbərlər