Rövşən Məmmədovdan AZTV, "Mədəniyyət TV" və "İdman Azərbaycan"la bağlı QƏRAR

16
sen
2019
13:30
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) daxil olan televiziya kanallarının loqosu dəyişib.BAKU.WS "Report"a istinadla xəbər verir ki, dəyişikliklə "İdman Azərbaycan" telekanalının adı "İdman TV" olub. Yeni loqoda AzTV-nin, "Mədəniyyət TV"nin və "İdman TV"nin adı ağ şriftlərlə qeyd olunub. TV isə müvafiq olaraq, göy, qırmızı və yaşıl rəngli üçbucaqların daxilində əks olunub. Qeyd edək ki, bu il sentyabrın 4-də Prezident İlham Əliyev Rövşən Məmmədovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.Rövşən Məmmədov yanvarın 15-dən QSC sədri vəzifəsini icra edirdi.
Oxşar xəbərlər
“AZTV”yə sədr təyin olunub - SƏRƏNCAM
Prezident İlham Əliyev Rövşən Məmmədovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalay...
