Riad Axundzadə: "Azərbaycan son dərəcə yüksək su riskləri olan ölkələr kateqoriyasından çıxıb"
Azərbaycan su təhlükəsizliyi sahəsindəki vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin rəisi Riad Axundzadə "Dayanıqlı inkişaf üçün su" Beynəlxalq Onillik Fəaliyyətə (2018–2028) dair IV Yüksək Səviyyəli Beynəlxalq Konfransa hazırlığa həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, ölkəmiz artıq son dərəcə yüksək su riskləri olan ölkələr sırasında deyil, lakin ölkədə ehtiyatların idarə edilməsi sisteminin islahatı hələ də başlanğıc mərhələsindədir.
Şöbə rəisi bildirib ki, hələ bir neçə il əvvəl Azərbaycan, bir çox digər ölkələr kimi su ehtiyatlarının idarə edilməsində ciddi çətinliklərlə üzləşirdi: "Aparılan islahatlar sayəsində Azərbaycanda vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşıb".
R.Axundzadə vurğulayıb ki, son illər ərzində ölkə su sektorunun idarə edilməsinə yanaşmasını həm institusional, həm infrastruktur, həm də idarəetmə baxımından dəyişib.
Oxşar xəbərlər
Müəssisə sahibi dəyişdikdə əmək müqaviləsinə necə xitam verilir?
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinin halları ilə...