Rezidenturaya ixtisas seçimi başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlayıb.
BAKU.WS xəbər verir ki, sentyabrın 21-dən başlayan ixtisas seçimi sentyabrın 25-dək aparılacaq.
Qeyd edək ki, DİM sentyabrın 18-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib. İmtahanda iştirakı gözlənilən 601 namizəddən 1 nəfər imtahana gəlməyib. Namizədlərdən 459 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.
Oxşar xəbərlər
Magistraturaya ixtisaslaşma və proqram seçimi başladı
2020/2021-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ixtisas seçiminə başlanılıb. P...