Rəvan Həsənov: "Azərbaycanın 2015-ci ildə hazırladığı Multikulturalizm fənni hazırda 27 xarici ali təhsil müəssisəsində tədris edilir"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın 2015-ci ildə hazırladığı Multikulturalizm fənni hazırda 27 xarici ali təhsil müəssisəsində tədris edilir.
BAKU.WS xəbər verir ki, Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri Rəvan Həsənov Bakıda keçirilən "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" beynəlxalq simpoziumda deyib.
Onun sözlərinə görə, bunun başlıca səbəbi ölkənin yaratdığı multikulturalizm modelinin dünyada maraqla qarşılanmasıdır:
"Müasir dövrdə təhsil sistemində yeni metodoloji yanaşmaların tətbiqi zərurətə çevrilib. Qlobal vətəndaşlıq kimliyi, niyyətə əsaslanan kimlik problemi, multikultural tədris metodikasının işlənməsi, etik dəyərlərin təlimi kimi mövzular artıq təhsil proqramlarının ayrılmaz hissəsi olmalıdır. Xüsusilə Qərb universitetlərində bunu açıq şəkildə müşahidə edirik. Məsələn, "Religious and Global Ethics", "Religious and Law" kimi fənlər bir neçə ixtisasın sintezi kimi formalaşaraq yeni akademik istiqamətlərin yaranmasına səbəb olub. Bu isə müasir dünyanın labüd tələbinə çevrilib".
Banu Hüseynli
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...