Respublika üzrə yanvar ayının pensiya ödənişi yekunlaşdı

Respublika üzrə yanvar ayının pensiya ödənişi yekunlaşdı
Sosial 76

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu respublika üzrə yanvar ayının pensiya ödənişini yekunlaşdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, yanvarın 12-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin digər bölgələrində yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Ümumi əsaslarla pensiya təyin olunmuş pensiyaçılara ötən il üzrə verilən maddi yardımın (200 manat) hər aya düşən məbləği (16,66 manat) də bu ilin əvvəlindən onların pensiyalarına daxil edilib və yanvar ayının pensiyaları həmin artımlarla birgə ödənilib.

Eyni zamanda, xüsusi şərtlərlə pensiya təyin olunmuş, qulluq stajına görə əlavələr alan pensiyaçılara (pensiyada olan hərbi və xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları və s.) ötən il hər ay pensiyalarının 10 faizi qədər ödənilmiş maddi yardım da artıq bu ayın əvvəlindən onların pensiyası tərkibinə daxil edilib və pensiyaları da bu artımla ödənilib.

Oxşar xəbərlər

Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Yanvarın 1-dən 423

Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Yanvarın 1-dən 423

Hər il ölkədə Prezident İlham Əliyevin təşəbbüsü ilə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlar atılır. Belə ki, vətəndaş rifahın...

2448 Sosial 18:57 19 dekabr 2022

Son xəbərlər