Respondentləri ən çox bunlar narahat edir - Qiymət artımı, işsizlik...
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, Sosial Tədqiqatlar Mərkəzi (STM) 2022-ci ilin may-avqust aylarında keçirdiyi rəy sorğusunun nəticələrini açıqlayıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, rəy sorğusunun problemlər və gözləntilər bölümündə Azərbaycanda vətəndaşların qarşılaşdığı əsas məsələlər yer alıb.
Belə ki, sorğu çərçivəsində vətəndaşlardan hazırda Azərbaycanda əsas problemlər kimi hansı məsələləri gördükləri soruşulub. Respondentlər onları narahat edən problemlər arasında ilk sıralarda qiymət artımı (65.7), işsizlik (57.1%), maddi təminat (38.5%), narkomaniya (35.4%), dərman vasitələrinin keyfiyyəti (26.4%), korrupsiya (25.4%) məsələlərini qeyd ediblər.
Respondentlərin cəmi 4.3%-i onu narahat edən problemin olmadığını qeyd edib.
Vətəndaşların yeni iş yerlərinin yaradılması (77.0%), məmur özbaşınalığının qarşısının alınması (68.5%), sosial rifahın daha da yaxşılaşdırılması (62.7%), şəhid ailələrinin, müharibə iştirakçılarının yaşayış vəziyyətinin yaxşılaşdırılması (57.5%), vətəndaşlarla daha sıx görüşlərin keçirilməsi (52.7%), təhsilə və elmə diqqətin artırılması (52.0%), korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi (49.1%), səhiyyə xidmətinin keyfiyyətinin artırılması (40.5%) Prezidentdən ictimai gözləntilər arasında ilk sıralarda qərarlaşıb. Sorğuda iştirak edənlərin 2.3%-i Prezidentdən heç bir gözləntisinin olmadığını qeyd edib.
Sorğuda respondentlərdən cari il ərzində gəlirlərinin hansı istiqamətdə dəyişdiyi də soruşulub. İştirakçılarının 19.6%-i cari il ərzində gəlirlərinin artdığını, 43.7%-i gəlirlərini dəyişmədiyini, 35.6%-i isə azaldığnı bildirib. Respondentlərin cəmi 1.1%-i bu sula cavab verməkdən imtina edib.
Oxşar xəbərlər
Azərbaycanda “Qisas” əməliyyatını necə dəyərləndirirlər? – Nəticələr açıqlandı
Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycanın 2022-ci ilin avqust ayında öz ərazisində qanunsuz erməni silahlı qruplaşmalarına qarşı apardığı hərbi əməliyyatlar...