Rəşad Nəbiyev “TEKNOFEST Türkiyə-2023”ün azərbaycanlı qalibləri ilə görüşüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 27 aprel-1 may tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilmiş “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının azərbaycanlı qalibləri və Azərbaycan pavilyonunu təmsil edən startapçılarla görüşüb.
BAKU.WS xəbər verir ki, görüşdə nazir qalibləri təbrik edərək bildirib ki, gənc nəslin aviasiya, kosmos, texnologiya sahələrinə yönəlməsi, bunun ümummilli hərəkata çevrilməsi və nəticədə kritik sahələrdə milli texnoloji həllərin yaranmasında “Teknofest” kimi təşəbbüslər xüsusi rola malikdir.
O, bu platformada təqdim olunan layihələrin gələcəkdə qlobal şirkətə, məhsula çevrilmək şansının yarandığını vurğulayıb. Diqqətə çatdırıb ki, festivalda iştirak edən, uğur qazanan gənclər yaşıdları üçün motivasiya mənbəyi olur və bu təsir dalğavari yayılaraq ümumilikdə gənc nəslin texnologiyalara marağının artmasına səbəb olur.
Görüşdə qalib komanda və startaplara sertifikatlar təqdim olunub.
“TEKNOFEST Türkiyə – 2023” çərçivəsində yarışmaların final mərhələsinə 100-dən çox tələbənin iştirak etdiyi 16 Azərbaycan komandası vəsiqə qazanıb. Layihələr üzrə I yerləri “Akıllı ulaşım” yarışmasında Bakı Dövlət Universitetinin “Driver’s Eye” layihəsi və “ISIF 2023 Beynəlxalq Patentlər” yarışmasında “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin sədri Ceyhun Xəlilovun “İnventorlu elektrik requlyatoru” layihəsi, III yeri “Tarım teknolojisi” yarışmasında Bakı Dövlət Universitetinin “Ağıllı damla sulama sistemi” layihəsi qazanıb.
Eyni zamanda Azərbaycan-Türkiyə gənclərindən ibarət “Ejder Drones” komandası “İnsanlıq yararına texnologiya” müsabiqəsinin “Fəlakətlərin idarə edilməsi” kateqoriyasında universitet və yuxarı səviyyə üzrə III yerə layiq görülüb. “ONNO”, “Uvodo”, “WakeX” və “CustomAr” layihələri də Azərbaycan pavilyonunu təmsil edən startaplar sırasında olub.
Qalereya
Oxşar xəbərlər
Bu gün Azərbaycanda Mülki Aviasiya Günüdür
Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli Sərəncamı ilə hər il iyunun 2-si ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Məh...