Reklam qurğuları ilə bağlı dəyişikliklər ilk olaraq Bakıda tətbiq olunacaq
“Reklam qurğularına Texniki Tələblər”ə edilən dəyişikliklər ilk olaraq Bakıda tətbiq olunacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Aydın İbadov məlumat verib.
Sədrin sözlərinə görə, layihə fasad reklam qurğularının müasir tələblərə cavab verən estetik görünüşü və təhlükəsiz istismarına nəzarəti təkmilləşdirmək, onların yenilənən şəhər infrastrukturu ilə ahəngini təmin etmək məqsədilə hazırlanıb:
“Bu, beynəlxalq təcrübədən yararlanaraq ərsəyə gəlib”.
A.İbadov qeyd edib ki, Bakı şəhəri ərazisində tarixi, mədəni, memarlıq dəyərə malik binaların çoxluğu, müasir estetik görüntü və təhlükəsizlik üzrə kompleks tələblərin həyata keçirilməsinin vacibliyi əsas tutularaq, layihənin ilkin olaraq paytaxtda tətbiqi qərara alınıb:
“Sahibkarlar nəzərə alınaraq onların fəaliyyətinə çətinlik yaratmamaq məqsədilə qərarın icrası mərhələli şəkildə həyata keçiriləcək”.
Oxşar xəbərlər
İcma: "Etnik təmizləmə törədənlər və qayıdışımıza mane olanlar məsuliyyətə cəlb edilməlidir"
Qərbi Azərbaycan İcması BMT-nin İnsan hüquqları üzrə Ali Komissiarına müraciət ünvanlayıb. BAKU.WS report-a isinadən xəbər verir ki, məktubda Ermənistanın azər...