Rayonlarda UN QITLIĞI yarandı - Səbəb nədir? - VİDEO

Şimal-qərb bölgəsində artıq bir həftədir ki, mağazalarda un tapılmır. Satıcılar unu digər rayonlarda un istehsal edən iri dəyirmanlardan tədarük edirlər.
BAKU.WS xəbər verir ki, hazırda bu dəyirmanlardan bilinməyən səbəblərdən bir həftədir ki un gəlmir.
Sakinlər "Xəzər Xəbər"ə bildirib ki, unun olmaması qiymətin qalxması ilə əlaqədardır. Hətta Qax rayonunda un tapa bilməyib qonşu rayona üz tutan sakinlərlə də olub.
Şimal qərb bölgəsini unla təmin edən MMC-nin Şəki bölməsindən bildirilib ki, respublikada bütün dəyirmanlarda, o cümlədən bu dəyirmanda da ildə bir dəfə profilaktiki sazlama, dezinfeksiya, tədbirləri aparılır. Bu oxşar müəsisələrdə mərhələlərlə aparılır ki, una təlabat pozulmasın. Müəssisədə bütün tədbirlər artıq başa çatıb və buğda tədarükünə başlanıb.
O da qeyd edilib ki, dəyirman bölgədə olan un tələbatını tam ödəyir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...
