Rayonlara giriş-çıxışın dayandırılması barədə məlumata DİN-dən AÇIQLAMA

06
apr
2021
11:14
Azərbaycanın bəzi rayon və şəhərlərinin giriş-çıxışlarında postların qurulması barədə məlumatlar yayılıb. İddiaya görə, postların qurulmasında məqsəd qarşıdakı günlərdə rayonlara giriş-çıxışa qoyulacaq qadağadır.
BAKU.WS yayılan iddialara rəsmi münasibət öyrənmək məqsədilə Daxili İşlər Nazirliyi Mətbuat Xidməti ilə əlaqə saxlayıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov rayonların girişində postların qurulması məlumatını təkzib edib: "Rayon və şəhərlərin giriş-çıxışında karantin postlarının qurulması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".
Oxşar xəbərlər
Rayonlara gediş-gəliş açılırmı?
Azərbaycanda koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mart ayından etibarən rayonlara giriş-çıxışa məhdudiyyət...