Rayon avtomobillərinin Bakıya daxil olmasına nəzarət gücləndirilir
14
sen
2017
20:21
Senytabrın 15-də yol polisi evakuasiya xidməti ilə birgə gücləndirilmiş iş rejimində xidmət aparacaq.BAKU.WS xəbər verir ki, bunu SalamNews-a açıqlamasında Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.Bildirilib ki, respublikanın iri şəhərlərində, xüsusilə paytaxt Bakıda məktəblərin yerləşdiyi ərazilərdə dayanma-durma və parklama qaydalarını pozan sürücülərin nəqliyyat vasitələri təxliyə olunacaq, onlar inzibati məsuliyyətə cəlb ediləcəklər.K.Əliyev həmçinin rayon qeydiyyatında olan avtomobillərin şəhərə girişinə qoyulan məhdudiyyətlə bağlı da məlumat verib:“Sabahdan şəhərdə olan sıxlığı nəzərə alaraq saat 7:30-dan 21:00-a qədər olan məhdudiyyətə nəzarət ediləcək. Sürücülərdən xahiş edirik ki, paytaxt istiqamətinə gələndə fərdi nəqliyyat vasitələrindən deyil, ictimai nəqliyyatdan istifadə etsinlər. Zərurət olduğu halda isə şəhərin kənarındakı dayanacaqlarda avtomobilləri saxlayıb ictimai nəqliyyat və ya taksi ilə şəhərə gəlsinlər.”BAKU.WS
Oxşar xəbərlər
Sabah yol polisi gücləndirilmiş rejimə keçəcək
Sentyabrın 15-də respublika ərazisində dövlət yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində işləyəcək.BAKU.WS Trend-ə istinadən bildirir ki, bu barədə açıq...