Rasim Həsənov 165 min manatlıq dələduzluq etdi

Rasim Həsənov 165 min manatlıq dələduzluq etdi
Sosial 584

Mingəçevirdə vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vurmaqda təqsirləndirilən 58 yaşlı Rasim Həsənov həbs edilib.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumat verilib.

Bildirilib ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində zərərçəkənlərə torpaq sahəsi satmaq, qeyri - yaşayış obyektlərini adlarına rəsmiləşdirmək və digər yalan vədlər verərək həmin şəxslərin 165 min manat pulunu dələduzluqla ələ keçirməkdə şübhəli bilinən Rasim Həsənov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Suraxanıda sakinlərin həyatı cəhənnəmə dönüb: Qorxu içindədirlər

Suraxanıda sakinlərin həyatı cəhənnəmə dönüb: Qorxu içindədirlər

Suraxanı rayonunun Səttar Bəhlulzadə qəsəbəsində yerləşən 18 evin sakinləri təhlükəli şəraitdə yaşadıqlarını bildirirlər. BAKU.WS Baku TV-yə istinadən xəbər ver...

122 Sosial 23:40 17 sentyabr 2026

Son xəbərlər