İranın yollar və şəhərsalma naziri Azərbaycana səfər edəcək
23
yan
2022
23:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə yanvarın 24-də Azərbaycana səfər edəcək.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.
Onun sözlərinə görə, iki ölkənin bir çox sahələrdə birgə böyük layihələri var.
İranlı nazirin səfəri zamanı tərəflər enerji, sənaye, tranzit, kənd təsərrüfatı və digər sektorlardakı layihələri müzakirə edəcəklər.
Səfər çərçivəsində iranlı nazir Azərbaycan rəsmiləri ilə görüşəcək.
Oxşar xəbərlər
İlham Əliyev Bakıda yeni kompleksin açılışında - FOTO
Prezident İlham Əliyev aprelin 20-də Bakıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılı...