İranın XİN başçısı: "Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı çox ciddi şəkildə araşdırılır"
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevlə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı aparılan araşdırmanın gedişatını müzakirə edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə müzakirələr Hüseyn Əmir Abdullahiyanın iyulun 5-də Prezident İlham Əliyevin qəbulunda olarkən aparılıb.
Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını bildirən nazir Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidvarlığını ifadə edib.
Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin layiqli cəzasını alacaqlarına ümidvar olduğunu bildirib.
Oxşar xəbərlər
XİN-ə qəbul üzrə imtahan qaydalarının dəyişdirilməsi iddialarına CAVAB
Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Xarici İşlər Nazirliyinə qəbul üzrə imtahan qaydalarının dəyişdirilməsi iddia edilib. Bildirilib ki, DİM tərəfindən 11.0...