İrandan gələn turistlər: "Bakı insafən qalmalı şəhərdi, özümü itirəcəyəm burada" (VİDEO)

İrandan gələn turistlər: Bakı insafən qalmalı şəhərdi, özümü itirəcəyəm burada (VİDEO)
Video
Sosial 25013
 

Ənənəvi olaraq bu il də Novruz bayramı ərəfəsində ölkəmizə gələn turistlər arasında İrandan gələn soydaşlarımız çoxluq təşkil edir. Onları Bakının hər yerində görmək mümkündür. Görəsən, Bakı cənublu soydaşlarımızın xoşuna gəlibmi?

BAKU.WS-in APA tv-yə istinadən verdiyi xəbərdə bildirilir:

- Bir gündür buradayıq. Ailəliklə gəlmişik. Çox gözəldir.

- Mən 12 il  bundan əvvəl gəlmişdim. Çox gözəl olub Azərbaycan. Çox turistik yer olub. Çox xoşuma gəlir.

- Mən istəyirəm Azərbaycanda qalam. Urmiyadan gəlmişəm. Çox qəşəng şəhərdir, yaşamalı şəhərdir. Ərə getmək istəmirəm, qalsam da tək qalacam. Tək gəlmişəm indi, sonra mən burada qalsam, ailəm məcbur olacaqlar gəlib məni görsünlər. İlk dəfədir buradayam. (mahnı oxuyur)

- 7 gündür buradayıq. İçərişəhər çox gözəldir. İlk dəfədir gəlirik. Qiymətlər İrandan çox bahadır.

- Mən Qoşaçaydan gəlmişəm. 21 il bundan qabaq da gəlmişdim. Rusiyadan yeni ayrılmışdı. Vəziyyət yaxşı deyildi, o zamandan bu vaxta kimi çox dəyişib. Kaş ki, Qarabağ da bizdə olardı, mən Qarabağı da gəzərdim. Əgər gedə bilməsələr, biz gedərik. Biz varıq. Bura bizim vətənimizdir, yaşasın Azərbaycan!

- Hava bir az soyuqdur, şəhər çox gözəldir. Əhalisi, insanları. Çox yerləri gəzdik.

-Mən bu gün gəldim, əsasən də Novruz bayramı üçün gəlmişəm. Bu görülən bu işlər bizim ortaq dəyərlərimizdir.

- Biz Ərdəbildən gəlmişik. Çox gözəl şəhərdir, insanları mehribandır. İstəyirəm həmişə, belə qarşılıqlı gəliş gediş olsun. Həm Bakıdan bura gəlsinlər, buradan da İrana səfər etsinlər.

- Əslimiz azərbaycanlıdır. Çox istəyirik buranı. Yeni gəlmişik.

- Özümü qürbətdə hiss eləmirəm. Elə bil ki, öz şəhərimizdir. Yenə gələcəyik, sevdik buranı.

- Mən də çox istəyirəm buranı.

- Azərbaycanı sosial şəbəkələrdən çox izləyirik.

- 10 il qabaq gəlmişdim, çox dəyişib. Şəhər çox qəşəngləşib.

- İşdə oluruq deyə məcbur bayramda gəlirik. Çox xoşuma gəlir.

- Yeməkləri yaxşıdır, tez-tez gəlmək istəyirəm. 

Arzu Mirzəyeva

BAKU.WS

Oxşar xəbərlər

Bayramla əlaqədar otellərdə boş yer qalmadı: ölkəyə turistlər axın edir (VİDEO)

Bayramla əlaqədar otellərdə boş yer qalmadı: ölkəyə turistlər axın edir (VİDEO)

Bayramla əlaqədar demək olar ki, otellərdə bütün yerlər öncədən bron edilib. Otellərlə yanaşı fərdi evləri də 3 ay öncədən kirayə edənlər az deyil. Turizmçiləri...

1571 Video 09:30 06 mart 2017

Son xəbərlər