Ərəb general Bakıdakı bahalıqdan şikayət etdi

Ərəb general Bakıdakı bahalıqdan şikayət etdi
İqtisadiyyat 11242

 

"Mən Azərbaycana həm Bakının gözəlliyi, həm də əhalinin müsəlman olduğu üçün gəlmişəm. Özüm şiəyəm. 10 gündür burdayam. Sizin şəhərdə hər şey gözəldir. Amma bir çatışmayan cəhət var. Azərbaycanda İraqa nisbətən bahaçılıqdır".

 

BAKU.WS-in məlumatına görə, bunu Bakıya turist kimi səfər edən sabiq İraq generalı Amir söyləyib. Onun sözlərinə görə, Bakıda hazırda oteldə qalır və paytaxtımızda otel qiymətləri çox bahadır:

"Sabah İraqa qayıdacam. Sizin şəhəriniz çox gözəldir. Hər yer işiqlarla bəzədilib. Amma Bağdadın küçələrində işıqlandırma sistemi yoxdur. Amerika İraqı işğal etdikdən sonra hər şey dəyişdi. Vəziyyətimiz pisləşdi. Hazırda ölkədə müharibə gedir. Bircə Bağdad, Nəcəf, Kərbəla və onların ətrafındakı şəhərlərdə sakitlikdir. Özüm Bağdad şəhərində yaşayıram. Amma tez-tez Kərbəlaya gedirəm. Uzun illər İraq ordusunda xidmət etmişəm. Xidmət müddətində general rütbəsinə qədər yüksəldim. İraq ordusu güclüdür amma hərbi texnikaya ehtiyacı var. 5 övladım var. Bir neçəsi idman müəllimidir. Oğlanlarımdan biri İraq ordusunda, İŞİD terror təşkilatına qarşı döyüşür. Biz əvvəl Səddam Hüseynə nifrət edirdik. Onun vaxtında İraq indikindən yaxşı vəziyyətdə idi. Amma sizin şəhəriniz çox gözəldir. Əvvəllər Bağdad da belə olub".

Sabiq general Azərbaycana çoxsayda ərəb turistin gəldiyini və ölkəmizin çox zəngin təbii sərvəti olduğunu bildirib: "Onlar burada çoxlu pul xərcləyirlər. Amma qiymətlər çox bahadır. Ölkənizin müharibə şəraitində olduğu haqqında məlumatım var. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına inanıram".

Şahin Həbibov

Elvin Məmmədov

BAKU.WS 

Oxşar xəbərlər

Son xəbərlər