İranda koronavirusdan ölənlərin sayı 8 mini ötüb

03
iyn
2020
14:26
İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 70 nəfər vəfat edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 8012 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 3134 yoluxma halı qeydə alınıb. İndiyə kimi COVID-19-a yoluxanların ümumi sayı isə 160 696 nəfər təşkil edir.
Oxşar xəbərlər
Dünyada gün ərzində koronavirusa yoluxanların sayı 123 min artıb
Dünyada koronavirusa yoluxanların sayı sutkada 123 min artaraq 6 milyonu keçib. Koronavirusdan ölənlərin sayı isə 4 mindən çox artaraq 370 mini keçib. BAKU.WS-i...