Ramin Bayramlı: Sərt karantin rejiminin tətbiq olunduğu günlər ciddi neqativ hallar müşahidə edilməyib

Ramin Bayramlı: Sərt karantin rejiminin tətbiq olunduğu günlər ciddi neqativ hallar müşahidə edilməyib
Sosial 239

“Ötən həftənin sonunda Operativ Qərargah küçəyə çıxma qadağası ilə bağlı qərar qəbul edib. Bu qərarlar təhlil və göstəricilərə əsaslanaraq qəbul edilib”.

BAKU.WS-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, vətəndaşlar bu məsələdə həmrəylik nümayiş etdiriblər: “Bəzi xırda detalları istisna etsək, həm qərar qəbul ediləndən sonra həftə sonuna qədər olan müddətdə, həm də şənbə və bazar günləri ciddi neqativ halları müşahidə etmədik”.

TƏBİB-in sədri qeyd edib ki, çox az da olsa, çörək satışı növbələri müşahidə olunub: “İnanırıq ki, yaşanmış təcrübə nəticəsində belə hallarla rastlaşmayacağıq. Xüsusən də şənbə və bazar günləri vətəndaşlar ciddi həmrəylik nümayiş etdiriblər. Bu həmrəyliyi növbəti həftə də nümayiş etdirəcəyimizə, yoluxmanın səviyyəsinin azalacağına inanırıq”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər