Ramazan ayının iyirmi üçüncü gününün imsak, iftar və namaz vaxtları - FOTO

Sabah Ramazan ayının iyirmi üçüncü günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 14-də imsak vaxtı saat 04:35-də, iftar vaxtı isə 19:32-dədir.
Aprelin 14-ü üçün namaz vaxtları:
Sübh azanı - 04:40
Zöhr azanı - 12:41
Əsr azanı - 17:22
Məğrib azanı - 19:32
İşa azanı - 20:37
İyirmi üçüncü günün imsak vaxtı üçün duanı təqdim edirik:
“Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin!”
Tərcüməsi: “İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə xalis et! Ey günahkarların xətasına göz yuman Allah!” İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah orucunuzu qəbul eləsin!


Oxşar xəbərlər
Ramazan ayının on dördüncü gününün imsak, iftar və namaz vaxtları - FOTO
Sabah Ramazan ayının on dördüncü günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 5-də imsak vaxtı saat 04:51-də, iftar vaxt...