“Rahat” market hərbi xidmətdə olan əməkdaşlarının ailələrinin yanındadır - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 27-dən başlayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb. Azərbaycan Ordusu isə genişmiqyaslı əks-hücum əməliyyatlarını davam etdirir. Artıq günlərdir ki, ordumuzla yanaşı, vətəndaşlarımız da düşmən təxribatına müqavimət göstərir, əsgərlərimizə hər an dəstəyini hiss etdirir.
Artıq on minlərlə azərbaycanlı könüllü şəkildə ordu sıralarına qoşulur, döyüşə getməyə hazır olduqlarını bildirir.
“Rahat” marketin 100-ə yaxın əməkdaşı da könüllülər və çağırışçılar sırasındadır.
Bu səbəbdən şəbəkə rəhbərliyi cəbhəyə yollanan əməkdaşlarının ailələrini ziyarət edib, onlara dəstəyini çatdırıb. Bildirilib ki, heç bir əməkdaşın gözü arxada qalmasın, şirkət daim ailələrinin yanında olacaq.
“Rahat” marketin rəhbərliyi və kollektivi hərbi xidmətdə olan əməkdaşları və bütün hərbi qulluqçuları ilə qürur duyur, onlara bol uğurlar arzu edir.
Qarabağ Azərbaycandır!
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...