Rafael Ağayev Dövlət Gömrük Komitəsində vəzifə arzulayır: “36 yaşım var, bəs nə vaxt işləyəcəm?” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Karate üzrə beşqat dünya çempionu karyerasını bitirdikdən sonra dövlət işində işləmək istəyir.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, o, bu barədə “Motivator” layihəsinin qonağı olarkən danışıb:
“Gömrükdən mənə gələn qonorar (“Qəbələ” klubunun üzvü kimi – red.) 480 manatdır. Artıq 36 yaşım var. Karyera bir yerə qədərdir. Atamın arzusu dövlət işində çalışmağım olub. İstərdim ki, Bakı Gömrüyündə və ya hansısa sistem işində olum”.
Qeyd edək ki, Rafael Ağayev Tokio Olimpiadasından sonra karyerasını 2025-ci ildə - Paris Olimpiadasından sonra bitirəcəyini açıqlamışdı. Lakin karatenin Olimpiya proqramından çıxarılmasından sonra onun yaxınlarda karyerasını başa vuracağı gözlənilir.
Oxşar xəbərlər
Dövlət Gömrük Komitəsi iddialara cavab verdi
Dövlət Gömrük Komitəsi "Fitolek Azerbaijan" MMC-nin rəhbəri Elşad İsmayılovun iddialarına cavab verib. BAKU.WS xəbər verir ki, DGK-nin Mətbuat və İctimaiyyətlə...