Radar var, xəbərdaredici nişan yoxdur: “Bu yolda qəzaların sayı-hesabı yoxdur...” - VİDEO

Radar var, xəbərdaredici nişan yoxdur: “Bu yolda qəzaların sayı-hesabı yoxdur...” - VİDEO
Video
Sosial 19

Bakıda bu ərazidə avtomobillərin hərəkətini tənzimləyən bir çox yol nişanı yoxdur. Mövcud vəziyyət həm sürücülər, həm də piyadaların hərəkətini təhlükəyə atır.

BAKU.WS arb tv-yə istinadən xəbər verir ki, üzü Lökbatan istiqamətinə gedən yolda radarlar quraşdırılsa da xəbərdaredici nişanlara rast gəlinmir.

Eyni zamanda ərazidə sürət həddini təyin edən nişan da qoyulmayıb. Elə bu səbəbdəndir ki, bu yoldan istifadə edən sürücülər hansı sürətlə getməli olduqlarını bilmirlər.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, ərazidə radar yeni quraşdırılıb və yaxın günlərdə maksimal sürət həddini göstərən nişan da olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər