Qız qaçıran evli kişi: "Xəlvəti olaraq mollalarda gəzirdi"
18
okt
2017
14:34
Tərtərdə ailə olduğu halda başqa qızı qaçırmaqda ittiham olunan Vahid Qasımov məsələ ilə bağlı açıqlama verib.BAKU.WS bakupost.az-a istinadən xəbər verir ki, O,sosial şəbəkələrdə keçmiş həyat yoldaşı barəsində ittihamlar irəli sürüb və qız qaçırmasına haqq qazandırıb:"9 ay idi ki, çıxıb anasının yanına getmişdi. Heç ailəsindən xəbəri yox idi. Ailə kimi davranmırdı. Məni ailəmdən ayırmaq istəyirdi. Deyirdi ki, gedək ayrı yerdə qalaq. Mən sənin valideyninə baxmaq istəmirəm. Mən o insana insan kimi, ailə kimi hörmət qoyurdum. Amma qarşı tərəfin görmək mənə xoş gəlmədi. Mən nə hərəkət etmişəmsə, ona da layiqdir. O qadın öz ailəsindən xəbərsiz, xəlvəti olaraq mollalarda gəzirdi. Evdə söz-söhbət düşən kimi girib otağa qapını bağlayıb qolunu kəsirdi. Sizcə bu insanla yaşamaq olar? Mənim qız qaçırmağım ona niyə pis gəlir ki? O buna layiqiydi”.O, həyat yoldaşıyla münasibətlərinin çoxdan soyuduğunu, buna görə də başqa biri ilə evlənmək qərarı verdiyini deyib: "Mən hansısa marağa görə qız qaçırmamışam. O qadınla münasibətim soyuduğuna görə başqa qadınla ailə qurmaq fikrindəydim və qurdum. İndi çox xoşbəxtəm. O insan da çalışsın düz danışsın”.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda evli kişi başqa qadını qaçırdı – VİDEO
Tərtərdə evli kişi başqa qadını qaçırıb. BAKU.WS “Xezerxeber.az”a istinadən məlumatına görə, Tərtər rayonunun Azadqaraqoyunlu kənd sakini, 22 yaşlı Şahnaz Heydə...