Qulu Məhərrəmli: "Media qaldı kənarda, özlərinin iqtisadi dayaqlarını möhkəmlətdilər" - VİDEO

Qulu Məhərrəmli: Media qaldı kənarda, özlərinin iqtisadi dayaqlarını möhkəmlətdilər - VİDEO
Video
Sosial 168

"Bunlar dövlətin onlar qarşısında qoyduğu vəzifələri yox, hansısa məmurun tapşırıqlarını yerinə yetirirdilər".

BAKU.WS xəbər verir ki, bu sözləri Əməkdar jurnalist Qulu Məhərrəmli İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinskinin qonağı olarkən bildirib.

O, əlavə edib ki, Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu çox xeyirxah məqsədlər üçün yaradılmışdı: "Məqsəd başqa idi, medianın iqtisadi dayaqlarını möhkəmlətmək idi. Amma bunlar media qaldı kənarda, özlərinin iqtisadi dayaqlarını möhkəmlətdilər.

İndiyə qədər müxtəlif rəqəmlər deyirlər. 40 milyonun adı çəkilir, daha böyük məbləğlər deyilir. Hara getdi bu pullar? KİV-ə dəstək fondu mövcud olduğu müddətdə nə yarandı? Azad mətbuat sıradan çıxarıldı. Ələ baxan, pay uman, bir növ narkoman kimi iynəyə oturdulan media yetişdirildi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər