Qulaqcıqdan istifadə etdiyi üçün 2 müəllim imtahandan qovuldu - FOTO

Qulaqcıqdan istifadə etdiyi üçün 2 müəllim imtahandan qovuldu - FOTO
Sosial 1299
Mayın 29-da keçirilmiş müəlimlərin dioqnostik qiymətləndirilməsi imtahanında maraqlı nəticələr qeydə alınıb.BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, riyaziyyat, musiqi, alman dili, fransız dili müəllimləri və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak etdiyi imtahanlar 4 seans keçirilib. Ümumilikdə, 2698 müəllimin qatıldığı imtahanlarda davamiyyət 89% olub.İmtahan zamanı 2 müəllim qulaqcıqdan istifadə etməklə sualları cavablandırmağa cəhd edib. Bu səbəbdən onlar imtahandan kənarlaşdırılıb və nəticələri ləğv olunub.İmtahalar zamanı maraqlı başqa bir məqam isə bir gənc xanım anasının əvəzinə imtahana girməyə cəhd etməsi olub. O, səbəb kimi anasının gələ bilmədiyini, onun yerinə səlahiyyətli nümayəndə kimi imtahana qatılmaq istədiyi bildirib. İmtahanlar zamanı cəmi bir nəfər maksimum nəticə olan 60 bal toplayıb. O, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Vəfa Babayevadır. İmtahanlar zamanı qeydə alınan ən aşağı nəticə isə 2 bal olub. Bundan başqa, 55 nəfər 10 baldan aşağı nəticə göstərib.BAKU.WS

Oxşar xəbərlər

28 nəfərin imtahan nəticələri ləğv edilib

28 nəfərin imtahan nəticələri ləğv edilib

Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 20-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanında iştirak üçün 33 139 abituriyent...

1233 Sosial 20:04 22 may 2018

Son xəbərlər